Siyasət

XRİTDX-nin əməkdaşları beynəlxalq kibertəlimdə iştirak ediblər - FOTO

19 Mar 2026, 14:35 1 baxış
XRİTDX-nin əməkdaşları beynəlxalq kibertəlimdə iştirak ediblər - FOTO
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) nümayəndə heyəti Belarusun Minsk şəhərində keçirilən beynəlxalq "CyberRing" kibertəlimində iştirak edib. Oxu.Az xəbər verir ki, bu barədə XRİTDX məlumat yayıb. Bildirilib ki, təlimlər Belarus Respublikasının Prezidenti yanında Operativ-Analitik Mərkəzin dəstəyi ilə Milli Trafik Mübadiləsi Mərkəzi tərəfindən təşkil olunub. Üç mərhələdən ibarət yarışda iştirak edən 57 komanda arasında XRİTDX-nin "AzCyberForce" komandası ilk beşlikdə qərarlaşaraq ölkəmizi uğurla təmsil edib. Təlimlərin nəticələrinə həsr olunmuş tədbirdə XRİTDX-nin şöbə rəisi Fəxri Cəfərov xidmətin fəaliyyəti və kibertəhlükəsizlik sahəsində görülən işlər barədə təqdimatla çıxış edib. Bu kimi beynəlxalq tədbirlər kiberdayanıqlılığın artırılması, təcrübə mübadiləsi və müasir təhdidlərə qarşı effektiv mübarizə baxımından mühüm əhəmiyyət daşıyır.
XRİTDX-nin əməkdaşları beynəlxalq kibertəlimdə iştirak ediblər - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər