Dünya

Gürcüstan Patriarxının dəfn tarixi və yeri açıqlandı

18 Mar 2026, 17:28 2 baxış
Gürcüstan Patriarxının dəfn tarixi və yeri açıqlandı
Gürcüstanın Katolikos-Patriarxı II İliya martın 22-də Tbilisidəki Sioni kilsəsində dəfn olunacaq. Oxu.Az TASS-a istinadən xəbər verir ki, Müqəddəs Sinodun iclasında belə qərar verilib. Məlumata görə, Sioni kilsəsində dəfn olunmaq II İliyanın özünün vəsiyyəti olub. Mərasimdə xarici nümayəndə heyətlərinin də iştirakı gözlənilir. Xatırladaq ki, II İliya mədə qanaxması səbəbindən yerləşdirildiyi Tbilisi xəstəxanasında vəfat edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər