Dünya
Polşa prezidentini təhqir edən ukraynalı barədə altı ay sonra qərar verildi
Polşanın Lodz Rayon Prokurorluğu ölkə Prezidenti Karol Navrotskini təhqir etməkdə təqsirləndirilən ukraynalı jurnalist Vitali Mazurenko barəsindəki cinayət işinə xitam verib. Qurum onun əməllərində cinayət tərkibinin olmadığını müəyyən edib. Oxu.Az xəbər verir ki, müvafiq qərar barədə Polşa Seymində təmsil olunan Qanun və Ədalət (PiS) partiyasının deputatı Dariuş Matetski özünün "X" sosial şəbəkə hesabında paylaşım edib. "Qanunun aliliyinin mənzərəsi budur. Yüzminlərlə izləyicisi olan Polşa mediası vasitəsilə bir ukraynalı Polşa Respublikası Prezidentini aşkar şəkildə necə təhqir edə bilər?! Altı aydan sonra çıxarılan bu qərardan şikayət edəcəyəm", - deyə deputat vurğulayıb.
Mənbə
oxu.az