Dünya

Aİ Ukraynaya kredit verilməsi məsələsində dalana dirənib

18 Mar 2026, 17:46 2 baxış
Aİ Ukraynaya kredit verilməsi məsələsində dalana dirənib
Avropa İttifaqı tərəfindən Ukraynaya ayrılması planlaşdırılan 90 milyard avro məbləğində kredit hələ də təsdiqlənməyib. Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti" informasiya yayıb. Məlumata görə, gözlənilən sammitdən əvvəl Avropa Birliyi təsdiq prosedurunun necə həyata keçiriləcəyi ilə əlaqədar yekun qərara gələ bilməyib. Məlumatlı mənbə agentliyə bildirib ki, sözügedən məsələnin icra mexanizminə dair hələlik heç bir informasiyaya malik deyil. Daha əvvəl bildirilmişdi ki, Macarıstan və Slovakiya qərara veto qoyacağı təqdirdə, Avropa Birliyi bütün üzv ölkələrin yekdil razılığını tələb etməyən ikitərəfli kreditləşmə mexanizmi ilə Ukraynaya vəsait yönəltməyi düşünür. KİV-nin yazdığına görə, Aİ Kiyev üçün 30 milyard avro həcmində maliyyə ayırmağı hədəfləyir. Avropa Komissiyasının iqtisadiyyat üzrə komissarı Valdis Dombrovskis isə vurğulayıb ki, Budapeştin qadağasına rəğmən, Aİ Ukraynanı 90 milyard avroluq borc ilə təmin edəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər