Dünya

Yaxın Şərq böhranında ilk olaraq Avropa aviaşirkəti çökdü

18 Mar 2026, 16:44 2 baxış
Yaxın Şərq böhranında ilk olaraq Avropa aviaşirkəti çökdü
Avropada uçuşların kütləvi ləğvinə başlayan ilk aviadaşıyıcı Skandinaviya Hava Yolları (SAS) olub. Buna əsas səbəb kimi ABŞ, İsrail və İran arasındakı hərbi gərginlik fonunda aviasiya yanacağının qiymətində qeydə alınan qəfil və kəskin bahalaşma göstərilir. Oxu.Az məlumat verir ki, bu barədə "The Telegraph" nəşri xəbər yayıb. Nəşrin məlumatına əsasən, cari həftə ərzində yüzlərlə reys təxirə salınıb. Təxirə salınan reyslərin böyük qismi sərnişinlərin alternativlərdən yararlana biləcəyi Skandinaviyadaxili qısa marşrutları əhatə edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər