Dünya

Laricaninin öldürüldüyü yerin görüntüləri yayıldı - VİDEO

18 Mar 2026, 15:24 2 baxış
Laricaninin öldürüldüyü yerin görüntüləri yayıldı - VİDEO
İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani və oğlu İsrailin Tehrana hava hücumları zamanı öldürüldükləri yerin görüntüləri yayılıb. Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Görüntülərdən raketin düşdüyü ərazinin dağıldığını görmək mümkündür. Hücum zamanı Laricaninin köməkçi və cangüdənlərinin də öldürüldüyü bildirilir. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər