Dünya
ABŞ Hörmüz boğazı sahillərində İranın raket mövqelərinə zərbələr endirdi
ABŞ ordusu Hörmüz boğazı sahillərində İranın möhkəmləndirilmiş raket mərkəzlərinə bomba zərbələri endirib. Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. CENTCOM bildirib ki, bir neçə saat əvvəl ABŞ qüvvələri Hörmüz boğazının İran sahili boyunca İranın gücləndirilmiş raket bazalarına çox sayda 5 min funtluq (2 tondan ağır) ölümcül silahlardan atəş açıb. Hesabatda İranın bu mövqelərdə yerləşdirilən gəmi əleyhinə raketlərinin boğazda beynəlxalq gəmiçilik üçün təhlükə yaratdığı vurğulanıb.
Mənbə
oxu.az