Dünya

İraq Ceyhan limanı vasitəsilə neft ixracını bərpa edir

18 Mar 2026, 11:56 2 baxış
İraq Ceyhan limanı vasitəsilə neft ixracını bərpa edir
İraq Kərkük-Ceyhan boru kəməri ilə neft ixracını bərpa edib. Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə dövlətə məxsus Şimali Neft Şirkətindən məlumat verilib. "Türkiyənin Ceyhan limanı vasitəsilə neft ixracı başlayıb", - deyə şirkətdən bildirilib. Xatırladaq ki, martın 3-də bildirildiyinə görə, İraq Kürdüstanı bölgəsində hasil edilən neftin Türkiyənin Ceyhan limanı vasitəsilə ixracı müvəqqəti olaraq dayandırılmışdı. İxracın dayandırılması qərarı bir neçə neft şirkətinin bölgədəki bir neçə yataqda əməliyyatlarını dayandırmasından sonra verilmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər