Dünya
Abbas Əraqçı: "Əli Laricaninin ölümü İranın siyasi sabitliyinə təsir etməyəcək"
"İranın siyasi sistemi dayanıqlıdır və Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ölümü ölkənin sabitliyinə təsir göstərməyəcək". Oxu.Az xəbər verir ki, bunu xarici işlər naziri Abbas Əraqçı "Al Jazeera" kanalına verdiyi müsahibə deyib. "İran İslam Respublikası güclü və sabit siyasi sistemə malikdir və siyasi, iqtisadi və sosial institutları mövcuddur. Tək bir şəxsin olması və ya olmaması bu strukturu sarsıda bilməz", - deyə o, Laricaninin ölümünü şərh edərkən bildirib. Əraqçı qeyd edib ki, sistemdə ali rəhbərdən daha vacib fiqur yoxdur, lakin onun ölümündən sonra belə hər şey fəaliyyətini davam etdirib. Xatırladaq ki, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ötən gün İsrailin Tehrana endirdiyi zərbələr nəticəsində həlak olub. İran Prezidenti Məsud Pezeşkian isə Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin qətlə yetirilməsinə görə cavabdeh tərəflərdən amansız qisas alınacağını bəyan edib.
Mənbə
oxu.az