Dünya
Meksikada neft emalı zavodunda baş verən yanğında beş nəfər həlak olub - VİDEO
Meksikadakı "Olmeca" neft emalı zavodunda baş verən yanğında beş nəfər həlak olub. Oxu.Az xəbər verir ki, bu barədə Meksikanın dövlətə məxsus neft və qaz şirkəti olan "Petroleos Mexicanos" açıqlama verib. Bildirilib ki, hadisə nəticəsində bir şirkət işçisi də daxil olmaqla beş nəfər ölüb, yaralılara lazımi tibbi yardım göstərilib. "Güclü yağışlar nəticəsində yağlı sular "Olmeca" neft emalı zavodunun xaricinə tökülüb, orada yığılıb və sonradan alovlanıb. Hazırda vəziyyət nəzarət altındadır, əhali və ya işçilər üçün heç bir təhlükə yoxdur", - deyə şirkətin açıqlamasında bildirilib. Xəbərə görə, şirkətin strateji təhlükəsizlik qrupu hadisənin səbəbini müəyyən etmək üçün müvafiq orqanlarla əməkdaşlıq edir.
Mənbə
oxu.az