Dünya

Meksikada hava şarı qəzaya uğrayıb: Britaniyalı turistlər xəsarət alıblar

18 Mar 2026, 04:42 2 baxış
Meksikada hava şarı qəzaya uğrayıb: Britaniyalı turistlər xəsarət alıblar
Meksikada göyərtəsində Böyük Britaniyadan olan iki turistin olduğu hava şarı qəzaya uğrayıb. Oxu.Az xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb. İlkin məlumata görə, hava şarı elektrik xətlərinə toxunduqdan sonra pilot idarəetməni itirib və aparat yaşayış ərazisi yaxınlığında futbol meydançasına düşüb. Hadisə nəticəsində hər iki turist xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Qadının vəziyyətinin ağır olduğu bildirilir. Zərərçəkənlərin elektrik naqilləri ilə təmas nəticəsində yanıq xəsarətləri aldığı ehtimal olunur. Qəzanın baş vermə səbəbləri araşdırılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər