Dünya
SEPAH İsrailin yüksəkrütbəli məmurunu öldürdüyünü iddia edib
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin yüksəkrütbəli rəsmisinin qətlə yetirilməsi ilə bağlı əməliyyat keçirib. Oxu.Az xəbər verir ki, bu barədə SEPAH kəşfiyyatı "X" sosial şəbəkəsində məlumat yayıb. "Fars" agentliyinin yazdığına görə, söhbət İsrailin hərbi-siyasi kabinetinin əməkdaşından gedir. Agentliyin məlumatına əsasən, əməliyyat bir neçə saat əvvəl başa çatıb. SEPAH üzvləri İsrail ərazisinin "dərinliyində" fəaliyyət göstəriblər.
Mənbə
oxu.az