Dünya

Tramp Laricaninin öldürülməsi barədə xəbərlərə münasibət bildirib

17 Mar 2026, 23:06 2 baxış
Tramp Laricaninin öldürülməsi barədə xəbərlərə münasibət bildirib
ABŞ Prezidenti Donald Tramp İranın Ali Milli Təhlükəsizlik Şurasının öldürüldüyü iddia edilən katibi Əli Laricaninin ölkədəki etirazçıların ölümünə görə məsuliyyət daşıdığını bildirib. Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, ABŞ liderinin çıxışı Ağ Evin "YouTube" kanalında yayımlanıb. "Əslində, dünən onların ən əsas adamı öldürüldü. O, etirazçıların qətlə yetirilməsinə görə məsuliyyət daşıyırdı", - deyə Tramp qeyd edib. Daha əvvəl İsrailin 12-ci kanalı mənbələrə istinadən xəbər vermişdi ki, Ə.Laricani İsrailin zərbəsi nəticəsində ölüb. İsrailin müdafiə naziri İsrael Kats da bu məlumatı təsdiqləyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər