Dünya

Zelenski: "Ukraynalı mütəxəssislər Yaxın Şərqdə "Şahed" dronlarına qarşı mübarizə aparırlar"

18 Mar 2026, 00:00 2 baxış
Zelenski: "Ukraynalı mütəxəssislər Yaxın Şərqdə "Şahed" dronlarına qarşı mübarizə aparırlar"
"Yaxın Şərqdə hazırda 200-dən çox ukraynalı hərbi mütəxəssis fəaliyyət göstərir". Oxu.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniya parlamentində çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bu mütəxəssislər "Şahed" tipli pilotsuz uçuş aparatlarına qarşı müdafiə sahəsində ixtisaslaşıblar. Zelenski qeyd edib ki, ukraynalı qruplar artıq BƏƏ, Qətər və Səudiyyə Ərəbistanında fəaliyyət göstərir, həmçinin Küveytə də göndərilir. Prezident əlavə edib ki, daha 34 mütəxəssis də ezam olunmağa hazırdır və bir sıra digər ölkələrlə əməkdaşlıq üzrə razılaşmalar əldə edilib. Zelenski vurğulayıb ki, məqsəd iranmənşəli dron hücumlarının regionda təsirini azaltmaqdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər