Dünya
ABŞ-nin İraqdakı səfirliyi dron hücumuna məruz qalıb
ABŞ-nin İraqdakı səfirliyi pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Oxu.Az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb. Telekanalın məlumatına görə, Bağdadın hökumət binalarının və xarici dövlətlərin səfirliklərinin, o cümlədən ABŞ-nin diplomatik nümayəndəliyinin yerləşdiyi "yaşıl zona"da partlayış səsləri eşidilir. Səfirlik binasının üzərindən tüstü dumanları yüksəlir.
Mənbə
oxu.az