Dünya

İran ilk dəfə "Hacı Qasım" ballistik raketindən istifadə etdi

17 Mar 2026, 21:26 2 baxış
İran ilk dəfə "Hacı Qasım" ballistik raketindən istifadə etdi
İran İsrail və ABŞ-yə qarşı cavab zərbələri zamanı ilk dəfə olaraq "Hacı Qasım" ortamənzilli ballistik raketindən istifadə edib. Oxu.Az xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, raket 2020-ci ildə amerikalılar tərəfindən öldürülmüş "Qüds" xüsusi təyinatlı qüvvələrinin komandanı, İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymaninin şərəfinə adlandırılıb. Məlumata görə, bu ikipilləli ballistik raket 2020-ci ildə təqdim edilib. Onun uçuş mənzili təxminən 1 400 km, döyüş hissəsinin kütləsi isə 500 kq təşkil edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər