Dünya

Hakan Fidan: "Türkiyə Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi etməyə hazırdır"

17 Mar 2026, 21:56 2 baxış
Hakan Fidan: "Türkiyə Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi etməyə hazırdır"
"Türkiyə Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının növbəti raunduna ev sahibliyi etməyə hazırdır". Oxu.Az "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan kanadalı həmkarı Anita Anand ilə birgə mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ABŞ və İsrailin İrana qarşı apardığı müharibə Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində aparılan sülh prosesinə mənfi təsir göstərməməlidir. Fidan qeyd edib ki, Ankara müzakirələrin davam etdirilməsi üçün platforma təqdim etməyə hazırdır. Nazir, həmçinin bildirib ki, bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefon danışığı aparıb və tərəflər arasında sülhün əldə olunması istiqamətində fikir mübadiləsi aparılıb. Fidan vurğulayıb ki, Türkiyə münaqişənin beynəlxalq hüquqa uyğun, ədalətli və davamlı sülhlə nəticələnməsinin tərəfdarıdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər