Dünya
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 900-ü keçib
İsrail aviasiyasının Livan ərazisinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 912 nəfərə yüksəlib. Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, yaralıların sayı 2 221 nəfərə çatıb, ölənlər arasında 100-dən çox uşaq var. Xilasetmə işləri davam etdiyindən itkilərin artacağı istisna edilmir. Bildirilib ki, hərbi əməliyyatlar səbəbindən Livanda məcburi köçkünlərin sayı bir milyondan çoxdur.
Mənbə
oxu.az