Dünya
Tramp: "Əksər NATO ölkələri İrana qarşı əməliyyatda iştirak etməyəcəklər"
"NATO üzrə əksər müttəfiqlər İrana qarşı hərbi əməliyyatda iştirak etməyi planlanşdırmadıqları barədə ABŞ-yə məlumat veriblər". Oxu.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında yazıb. "Biz böyük hərbi uğur qazandığımız üçün NATO ölkələrinin köməyini artıq istəmirik və ehtiyacımız da yoxdur, ona heç vaxt ehtiyacımız olmayıb. Eyni şey Yaponiya, Avstraliya və Cənubi Koreyaya da aiddir", - deyə ABŞ prezidenti iddia edib və Vaşinqtonun heç kimin köməyinə ehtiyacı olmadığını əlavə edib.
Mənbə
oxu.az