Dünya

Kevin Hasset: "Tankerlər Hörmüz boğazından keçməyə başlayıb"

17 Mar 2026, 18:32 2 baxış
Kevin Hasset: "Tankerlər Hörmüz boğazından keçməyə başlayıb"
Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset tankerlərin Hörmüz boğazından keçməyə başladığını iddia edib. Oxu.Az xəbər verir ki, o, bu barədə CNBC telekanalına verdiyi müsahibədə bildirib. "Tankerlər boğazdan keçməyə başlayır. Bu, İranın nə qədər az resursunun qalmasının əlamətidir. Biz olduqca nikbinik və hesab edirik ki, proses qısamüddətli perspektivdə sona çatacaq. Münaqişənin başa çatmasından bir neçə həftə sonra - gəmilər neft emalı zavodlarına çatdıqda qiymət balanslaşmaları baş verəcək. Gübrə tədarükündən tutmuş Qərb sahilinə yanacaq çatdırılmasına qədər istənilən fasilə halı üçün planımız var. Biz tamamilə əminik ki, vəziyyəti nəzarətdə saxlayırıq. Gərginliyin tezliklə sona çatacağına inanırıq", - deyə Hasset bildirib. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər