Dünya

Ermənistanda II Qareginin bacısı oğlu ev dustaqlığından azad edildi

17 Mar 2026, 18:56 2 baxış
Ermənistanda II Qareginin bacısı oğlu ev dustaqlığından azad edildi
Ermənistanda məhkəmə bütün ermənilərin katolikosu II Qareginin bacısı oğlu, Erməni Apostol Kilsəsinin Araqatsotn yeparxiyasının rəhbəri Mkrtiç Proşyanı ev həbsindən azad edib. Oxu.Az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, məhkəmə ev həbsini ləğv etsə də, yepiskop barəsində bir sıra qadağalar qoyub. Belə ki, ona İrəvanı tərk etmək, Araqatsotn yeparxiyasına getmək, həmçinin cinayət işi üzrə şahidlər və yeparxiya nümayəndələri ilə ünsiyyətdə olmaq qadağan edilib. Bundan əlavə, M.Proşyan həftədə bir dəfə hüquq-mühafizə orqanlarına gedərək qeydiyyatdan keçməlidir. Xatırladaq ki, Mkrtiç Proşyan 2025-ci ilin oktyabrında həbs edilib. İttihama görə, o, ruhaniləri müxalifətin mitinqlərində iştirak etməyə məcbur edib. Cari il fevralın 12-də isə onun barəsindəki həbs qətimkan tədbiri ev həbsi ilə əvəzlənib.
Mənbə oxu.az

Oxşar Xəbərlər