Dünya
Rusiya FTX-dən əməliyyat: Nazir saxlanıldı
Rusiya Federal Təhlükəsizlik Xidməti Krasnodar vilayətinin səhiyyə naziri Yevgeni Filippovu saxlayıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə TASS hüquq-mühafizə orqanlarına istinadən məlumat verib. Qeyd edilib ki, Yevgeni Filippov xüsusilə külli miqdarda dələduzluqda şübhəli bilinir. Bu, onun və ailə üzvlərinin, yaxınlarının qeyri-qanuni varlanmasına səbəb olub.
Mənbə
oxu.az