Dünya

Əbu-Dabidə bir nəfər raket qalıqlarının yerə düşməsi nəticəsində ölüb

17 Mar 2026, 11:28 2 baxış
Əbu-Dabidə bir nəfər raket qalıqlarının yerə düşməsi nəticəsində ölüb
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava hücumundan müdafiə qüvvələri tərəfindən ballistik raket havada zərərsizləşdirilib, vurulan raketin hissələri isə Əbu-Dabi yaxınlığındakı Bəni Yas konfederasiyasının ərazisinə səpələnib. Oxu.Az-ın məlumatına görə, bu hadisə ilə bağlı rəsmi açıqlama əmirlik rəhbərliyinin mətbuat xidməti tərəfindən "X" sosial şəbəkə hesabında paylaşılıb. Yayılan rəsmi məlumatda qeyd olunub ki, insident zamanı bir Pakistan vətəndaşı həyatını itirib. Xatırladaq ki, ötən gün BƏƏ-nin Müdafiə Nazirliyi gərginliyin artdığı dövrdən etibarən İrandan buraxılan 1 600-dən artıq pilotsuz uçuş aparatının və 300-dən çox raketin zərərsizləşdirildiyini bəyan edib. Nazirliyin rəqəmlərinə əsasən, həyata keçirilən hücumlar nəticəsində 145 nəfər xəsarət alıb, həmçinin beş mülki vətəndaş və iki BƏƏ hərbçisi dünyasını dəyişib.
Mənbə oxu.az

Oxşar Xəbərlər