Dünya
Məşhur türkiyəli jurnalist Fatih Altaylı beynindən əməliyyat olunub
Məşhur türkiyəli jurnalist Fatih Altaylı beynindəki şiş səbəbindən əməliyyat olunub. Oxu.Az-ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bu barədə jurnalist İsmail Saymaz məlumat verib. Məlumata görə, Fatih Altaylının beynində aşkarlanan kütlə böyüyüb, bu səbəbdən də əməliyyat edilməsinə qərar verilib. "Saat 7-də əməliyyata alındı. Uzun müddətdir beynində bədxassəli olmayan şiş var imiş. Həbsxanada olduğu müddətdə bu kütlədə böyümə aşkar ediblər. Kütlənin ölçüsü 2.5 santimetrə çatıb və beyninə təzyiq göstərməyə başlayıb", - deyə İsmail Saymaz bildirib.
Mənbə
oxu.az