Dünya

KİV: Pentaqon Trampa İranla münaqişəyə son qoymaq üçün variantlar təqdim edib

17 Mar 2026, 10:20 2 baxış
KİV: Pentaqon Trampa İranla münaqişəyə son qoymaq üçün variantlar təqdim edib
Hərbi vəzifəlilər ABŞ Prezidenti Donald Trampa onun münaqişə ilə bağlı qərarını dəyişəcəyi halda İranla gərginliyə son qoymaq üçün variantlar təqdim ediblər. Oxu.Az xəbər verir ki, bu barədə NBC kanalı mənbələrinə istinadən məlumat verib. Xəbərə görə, gündəlik döyüş planlaşdırmasına həm münaqişənin miqyasını azaltmaq, həm də Ağ Ev İrana təzyiqi artırmağa çalışacağı halda onu şiddətləndirmək üçün seçimlər daxil edilib. Lakin onlar bu variantların necə olacağını dəqiqləşdirməyiblər. Mənbələr bildirirlər ki, D.Trampın münaqişənin sonlanmasını müdafiə edən müşavirləri, eyni zamanda, gərginliyin yaratdığı qlobal iqtisadi qeyri-sabitlikdən narahatdırlar. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər