Dünya

Kuba yaxınlığında güclü zəlzələ baş verib

17 Mar 2026, 09:48 2 baxış
Kuba yaxınlığında güclü zəlzələ baş verib
Kuba yaxınlığında 5.8 bal gücündə zəlzələ qeydə alınıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən məlumat verilib. Mərkəzin məlumatına görə, zəlzələnin episentri təxminən 272 000 əhalisi olan Quantanamo şəhərindən 91 kilometr şərqdə olub. Zəlzələnin ocağı isə 15 kilometr dərinlikdə yerləşib. Xəsarət alanlar və ya dağıntılar barədə hələ ki məlumat daxil olmayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər