Dünya

İran dronunun zərbəsindən BƏƏ-nin qaz yatağı yanmağa başlayıb - VİDEO

17 Mar 2026, 01:36 2 baxış
İran dronunun zərbəsindən BƏƏ-nin qaz yatağı yanmağa başlayıb - VİDEO
Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) "Şah" qaz yatağı İran PUA-sının zərbəsindən sonra alışıb. Oxu.Az bildirir ki, bu barədə "Bloomberg" agentliyi əmirliyin hakimiyyət orqanlarına istinadən xəbər verir.
Məlumata görə, hücum nəticəsində xəsarət alan yoxdur. Hadisə yerində yanğının söndürülməsi ilə məşğul olan təcili xidmətlər işləyir. "Şah" yatağı Əbu-Dabidən qərbdə yerləşən Rüb əl-Xali səhrasında yerləşir və dövlət şirkəti "Abu Dhabi National "(ADNOC) ilə ABŞ-nin "Occidental Petroleum" şirkətinin birgə müəssisəsi tərəfindən işlənilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər