Dünya

Estoniya səfiri Yunanıstanda gəmi qəzasında yaralandı

17 Mar 2026, 02:00 2 baxış
Estoniya səfiri Yunanıstanda gəmi qəzasında yaralandı
Yunanıstanın Kastellorizo adası sahillərində Avropa İttifaqının "Frontex" sərhəd agentliyinə məxsus gəmi batıb. Oxu.Az xəbər verir ki, bu barədə ERT telekanalı məlumat yayıb. Gəmidə beş nəfər olub. Dörd Estoniya vətəndaşı, o cümlədən bu ölkənin Afinadakı səfiri və "Frontex"i təmsil edən yunan sahil mühafizə zabiti. Onların hamısı təxliyə ediliblər. Dörd yaralı helikopterlə Rodos adasındakı xəstəxanaya çatdırılıb. Yaralılardan birinin vəziyyətinin daha ağır olduğu bildirilir. İlkin məlumata görə, gəmi limana daxil olarkən və ya oradan çıxarkən qayaya çırpılandan sonra çevrilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər