Dünya

Bütün Kuba qaranlığa qərq olub

16 Mar 2026, 22:46 2 baxış
Bütün Kuba qaranlığa qərq olub
Kuba Milli Elektroenergetika İttifaqının sosial şəbəkələrdə verdiyi məlumata görə, bütün Kuba elektrik enerjisiz qalıb. Oxu.Az bu barədə RBC-ya istinadən xəbər verir. "Milli elektroenergetika sistemində elektrik enerjisinin tam kəsilməsi baş verib. Elektrik təchizatının bərpası üçün tədbirlər görülür", - deyə məlumatda bildirilir. "Blekaut" (elektrik enerjisinin kütləvi kəsilməsi) ABŞ-nin adaya qarşı tətbiq etdiyi neft blokadası fonunda baş verib. Son aylarda ölkədə yanacaq tədarükündə və elektrik enerjisində mütəmadi olaraq fasilələr qeydə alınır.
Mənbə oxu.az

Oxşar Xəbərlər