Dünya

Aİ XİN başçıları hərbi gəmiləri Hörmüz boğazına göndərməkdən imtina etdilər

16 Mar 2026, 21:44 2 baxış
Aİ XİN başçıları hərbi gəmiləri Hörmüz boğazına göndərməkdən imtina etdilər
Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Qırmızı dənizdəki "Aspides" hərbi-dəniz missiyasına daxil olan gəmilərin Hörmüz boğazına göndərilməsinə qarşı çıxıblar. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas nazirlərin görüşündən sonra keçirilən mətbuat konfransında məlumat verib. "Bu, bizim müharibəmiz deyil və onu biz başlamamışıq. Hazırda Qırmızı dənizdə "Aspides" missiyamız fəaliyyət göstərir. Lakin nazirlər bu missiyanın mandatının Hörmüz boğazına qədər genişləndirilməsinə maraq göstərmədilər", - deyə Kallas vurğulayıb. Avropa İttifaqı ölkələrinin (Aİ) xarici işlər nazirləri Hörmüz boğazına hərbi gəmilərin göndərilməsini müzakirə edəcəklər. Bunun üçün "Aspides" əməliyyatının (Qırmızı dənizdə, Fars körfəzində gəmiçiliyin təhlükəsizliyini təmin etmək məqsədilə yaranan hərbi dəniz missiyası - red.) mandatı dəyişdirilə bilər. Oxu.Az-ın "İzvestiya" nəşrinə istinadən xəbərinə görə, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Aİ xarici işlər nazirlərinin görüşündə bildirib: "Üzv dövlətlərlə Hörmüz boğazının gəmiçilik üçün açıq qalmasına töhfə vermək məqsədilə bu missiyanın mandatının dəyişdirilməsinin mümkün olub-olmadığını müzakirə edəcəyik". Kallas əlavə edib ki, Hörmüz boğazının bağlanması gübrə tədarükünün azalması səbəbindən Aİ üçün təhlükəlidir və bu, gələn il Avropada məhsul defisitinə gətirib çıxara bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər