Dünya

Fransada mer ölü tapıldı

16 Mar 2026, 20:50 2 baxış
Fransada mer ölü tapıldı
Fransanın Viodos-Abens-de-Ba kommunasının meri Kristian Bersait bələdiyyə seçkisinin birinci turunda məğlub olub və bir müddət sonra ölü halda tapılıb. Oxu.Az bu barədə "Figaro" nəşrinə istinadən xəbər verir. Seçkinin birinci turu martın 15-də keçirilib. Ertəsi gün səhər K.Bersait yerli jandarmeriya bölməsinin əməkdaşları tərəfindən kommunanın yaxınlığındakı meşəlik ərazidə ölü halda aşkarlanıb. Onun avtomobili də orada olub. K.Bersaitin intihar etdiyi ehtimal olunur. Prokurorluq araşdırma aparır. Fransada bələdiyyə seçkisinin ikinci turu martın 22-də keçiriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər