Dünya

İranın BƏƏ-yə hücumunun statistikası: Ölən və yaralıların SAYI AÇIQLANDI - FOTO

16 Mar 2026, 18:08 2 baxış
İranın BƏƏ-yə hücumunun statistikası: Ölən və yaralıların SAYI AÇIQLANDI - FOTO
Münaqişə başlayandan bəri İranın Birləşmiş Ərəb Əmirliklərinə endirdiyi zərbələr nəticəsində 7 nəfər ölüb, 145 nəfər yaralanıb. Oxu.Az xəbər verir ki, bu barədə əmirliyin Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, həlak olanlardan ikisi BƏƏ-nin hərbçisi, digərləri isə müxtəlif ölkələrin vətəndaşlarıdır. Qeyd edilib ki, təkcə martın 16-da BƏƏ-nin hava hücumundan müdafiə sistemləri İrandan atılan altı ballistik raket və 21 pilotsuz uçuş aparatını zərərsizləşdirib. Ümumilikdə, münaqişə başlayandan bu günə qədər ölkənin HHM sistemləri 304 ballistik raketi, 15 qanadlı raketi və 1627 pilotsuz uçuş aparatını məhv edib.
İranın BƏƏ-yə hücumunun statistikası: Ölən və yaralıların SAYI AÇIQLANDI - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər