Dünya

İsrail İranın kosmik peyklər əleyhinə silahlar hazırlayan obyektini MƏHV ETDİ - FOTO

16 Mar 2026, 17:28 2 baxış
İsrail İranın kosmik peyklər əleyhinə silahlar hazırlayan obyektini MƏHV ETDİ - FOTO
İsrail ordusu İranın kosmosdakı peykləri hədəf alan silahlar hazırladığı obyektini məhv etdiyini açıqlayıb. Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) məlumat yayıb. "Tehranın mərkəzində həyata keçirilən böyük zərbə nəticəsində kosmosda peyklərə hücum vasitələrinin hazırlanması üçün istifadə edilən kompleks məhv edilib", - deyə SAXAL-dan bildirilib. İddia olunur ki, kompleksin bazasında hərbi kosmik proqramlar icra olunub.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
İsrail İranın kosmik peyklər əleyhinə silahlar hazırlayan obyektini MƏHV ETDİ - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər