Dünya
Hindistanda xəstəxanada yanğın faciəyə səbəb oldu: Azı on nəfər öldü, xəsarət alanlar var - VİDEO
Hindistanın Odişa ştatının Kattak şəhərindəki xəstəxananın reanimasiya şöbəsində baş verən yanğında 10 nəfər həlak olub. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistləri sözügedən ştatın rəhbəri Mohan Çaran Maci məlumatlandırıb.
"Ümumilikdə 23 xəstə digər şöbələrə köçürülüb. Ağır vəziyyətdə olan yeddi xəstə digər reanimasiya şöbələrinə və palatalara köçürülmə prosesində vəfat edib. Daha üç nəfər sonradan dünyasını dəyişib. Mən məsul vəzifəli şəxslərə zərərçəkmiş xəstələrin lazımi müalicəsini təmin etmək barədə göstəriş vermişəm", - deyə Maci bildirib. Qeyd olunur ki, xəstəxananın ən azı 11 əməkdaşı xəstələri xilas edərkən xəsarət alıb. Məlumata görə, yanğın gecə saatlarında kritik vəziyyətdə olan xəstələrin müalicə olunduğu otaqda başlayıb. Hadisə yerinə operativ şəkildə bir neçə yanğınsöndürmə briqadası gəlib. Yanğının səbəbinin qısa qapanma olduğu ehtimal edilir.

Mənbə
oxu.az