Dünya

İllər sonra üzə çıxan kadr: Şahzadə Uilyam anası Diana ilə əvvəllər yayımlanmamış fotosunu paylaşdı

16 Mar 2026, 07:02 2 baxış
İllər sonra üzə çıxan kadr: Şahzadə Uilyam anası Diana ilə əvvəllər yayımlanmamış fotosunu paylaşdı
Şahzadə Uilyam "Instagram" sosial şəbəkə hesabında anası, Uels şahzadəsi Diana ilə əvvəllər yayımlanmamış fotosunu paylaşıb. Oxu.Az xəbər verir ki, şahzadə bu paylaşımı Böyük Britaniyada martın 15-də qeyd olunan Analar Günü münasibətilə edib. Fotoda şahzadə Uilyam və şahzadə Diana çiçəklərlə örtülü sahədə görünürlər. Şahzadə Diana fotoqrafa gülümsəyir və oğlunun əlindən tutur. "Bu gün və hər gün anamı xatırlayıram. Bu gün sevdiklərini xatırlayan hər kəs haqqında düşünürəm. Analar gününüz mübarək!", - deyə şahzadə Uilyam paylaşımında yazıb.
İllər sonra üzə çıxan kadr: Şahzadə Uilyam anası Diana ilə əvvəllər yayımlanmamış fotosunu paylaşdı
Mənbə oxu.az

Oxşar Xəbərlər