Cəmiyyət
Ramazan ayının iyirmi altıncı gününün imsak, iftar və namaz vaxtları
Sabah ramazan ayının iyirmi altıncı günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı ramazan təqviminə əsasən, martın 16-də imsak vaxtı saat 05:25-də, iftar vaxtı isə saat 19:03-dədir. Martın 16-sı üçün namaz vaxtları:
İyirmi altıncı günün imsak vaxtı üçün duanı təqdim edirik: "Allahumməc-əl sə-yi fihi məşkura. Və zənbi fihi məğfura. Və əməli fihi məqbula. Və eybi fihi məstura. Ya əsməəs-samiin!" Tərcüməsi: "İlahi, bu gün mənim səylərimi qiymətləndir, günahlarımı bağışla, əməlimi qəbul et, eyiblərimi ört! Ey bəndələrini hamıdan yaxşı eşidən Allah!" İftar duası: "Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!" Tərcüməsi: "İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!" Allah orucunuzu qəbul eləsin!
{{gallery}}
| Sübh azanı | 05:30 |
| Zöhr azanı | 12:49 |
| Əsr azanı | 17:02 |
| Məğrib azanı | 19:03 |
| İşa azanı | 20:04 |
{{gallery}}
Mənbə
oxu.az