İdman

Batrakov "Barselona"ya təklif olunubmuş

17 Oct 2026, 02:32 3 baxış
Batrakov "Barselona"ya təklif olunubmuş
1994/95 mövsümündə "Barselona"da çıxış etmiş rusiyalı keçmiş futbolçu və məşqçi İqor Korneyev "Qalatasaray"ın yarımmüdafiəçisi Aleksey Batrakovu İspaniya klubuna təklif etdiyini bildirib. Oxu.Az bu barədə "Matç TV"yə istinadən xəbər verir. Korneyev Kataloniya təmsilçisinin rəhbərliyində yer alan Deku və baş məşqçi Hans-Diter Flikin futbolçunun imkanlarına bələd olduğunu vurğulayıb: "Mən Batrakovu "Barselona"ya təklif etmişdim. Deku onu tanıyır, yəqin ki, Flik də həmçinin. Görünür, İspaniya klubunda hələlik bunun üçün tez olduğunu düşündülər", - deyə Korneyev qeyd edib. Xatırladaq ki, Aleksey Batrakovun "Lokomotiv Moskva"dan "Qalatasaray"a transferi rəsmi olaraq avqustun 20-də açıqlanıb. 21 yaşlı yarımmüdafiəçi ilə İstanbul klubu arasında 5 illik müqavilə imzalanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər