Cəmiyyət

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

17 Oct 2026, 01:11 2 baxış
YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclasında YAP Gənclər Birliyinin 30 nəfərdən ibarət yeni tərkibi səsə qoyulub və yekdilliklə təsdiq olunub.


Axar.az xəbər verir ki, bu barədə YAP-ın mətbuat xidməti məlumat yayıb.


Məlumata görə, Gülüstan Əfsər qızı Kərimli Gənclər Birliyinin sədri, Nəzrin Cavid qızı Fəyyaz və Elvin Soltan oğlu İbrahimli sədr müavinləri təyin olunublar.


Qeyd edək ki, daha öncə YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov olub.

Mənbə axar.az

Oxşar Xəbərlər