Dünya
Sankt-Peterburqda meymunçiçəyi şübhəsi ilə beş nəfər xəstəxanaya yerləşdirildi
Sankt-Peterburqda mümkün meymunçiçəyi (Mpox) halı ilə bağlı beş nəfər xəstəxanaya yerləşdirilib və həkim nəzarətinə götürülüb. Oxu.Az xəbər verir ki, bu barədə "Rospotrebnadzor"un Sankt-Peterburq və Leninqrad vilayəti üzrə idarəsi bildirib. "Epidemioloji araşdırma çərçivəsində təmasda olan şəxslərin müəyyən edilməsi istiqamətində işlər aparılır. Beş nəfər xəstəxanaya yerləşdirilib və tibbi müşahidə altındadır. Dezinfeksiya tədbirlərinin keçirilməsi üçün müvafiq göstəriş verilib", - deyə məlumatda qeyd olunur. Xatırladaq ki, bir gün əvvəl Moskva vilayətində də meymunçiçəyinə yoluxduğu ehtimal edilən şəxslə təmasda olmuş beş nəfər profilaktik olaraq xəstəxanaya yerləşdirilmişdi. Regionun Səhiyyə Nazirliyinin məlumatına görə, həmin şəxslərdə xəstəliyin simptomları müşahidə olunmayıb və vəziyyətləri qənaətbəxş qiymətləndirilib. Onlardan analizlər götürülərək tibbi müşahidə təyin olunub.
Mənbə
oxu.az