İdman
"Real Madrid"in futbolçusu itlərinə görə hakim qarşısına çıxacaq
"Real Madrid" klubunun müdafiəçisi Ferlan Mendi ona məxsus itlərdən birinin yeniyetməyə hücum etməsi ilə əlaqədar məhkəməyə çıxacaq. Oxu.Az bu barədə "Sport.es" nəşrinə istinadən xəbər verir. Madrid Cinayət Məhkəməsi ilk iclası dekabrın 21-nə təyin edib. Qeyd edək ki, fransalı futbolçunun itlərindən biri 17 yaşlı yeniyetmənin ayağını dişləyib, həmçinin digər iki itə hücum edib. Həmin itlərdən birini daha sonra aldığı ağır xəsarətlər səbəbindən evtanaziya etmək məcburiyyətində qalıblar. Mənbənin verdiyi məlumata görə, prokurorluq "Real"ın müdafiəçisinin 1 200 avro məbləğində cərimələnməsini, həmçinin zərərçəkənlərə 5 700 avro təzminat ödəməsini tələb edir. Hadisə 2023-cü il yanvarın 4-də baş verib. Belə ki, Mendinin dörd iti nəzarətsiz qalaraq həyətyanı ərazini tərk etdikdən sonra itlərdən biri yeniyetməyə hücum edib.
Mənbə
oxu.az