Dünya

Avstraliya sahillərində zəhərli yosunlar minlərlə köpəkbalığını tələf etdi

17 Oct 2026, 03:36 1 baxış
Avstraliya sahillərində zəhərli yosunlar minlərlə köpəkbalığını tələf etdi
Avstraliyanın Cənubi Avstraliya ştatının sahillərində zəhərli yosunların kütləvi çoxalması nəticəsində 8 000-dən çox köpəkbalığı və skat tələf olub. Bu, həmin heyvanların kütləvi məhvinə dair qeydə alınmış ən böyük hadisə hesab olunur. Oxu.Az bu barədə "The Guardian" qəzetinə istinadən xəbər verir. Məlumata görə, ekoloji fəlakət 31 növ köpəkbalığı və skatın ölümünə səbəb olub. Tələf olanlar arasında nəsli kəsilmək təhlükəsi ilə üzləşən nadir növlər də var. Fəlakətə 2025-ci ilin martından etibarən "Karenia" cinsinə aid mikroyosunların qeyri-adi dərəcədə intensiv çoxalması səbəb olub. Alimlərin qiymətləndirməsinə görə, hadisə 800-dən çox heyvan növünə təsir göstərib. Flinders Universitetinin professoru Çarli Hyuvenirs bildirib ki, hadisənin miqyası misilsizdir. Onun sözlərinə görə, bəzi ərazilərdə əvvəllər çoxsaylı olan köpəkbalığı populyasiyaları demək olar ki, yoxa çıxıb. Alimlər bəzi növlərin bərpasının uzun illər çəkə biləcəyindən ehtiyat edirlər. Alimlər yosunların çoxalmasına səbəb olan amillərdən biri kimi suyun temperaturunun yüksəlməsi ilə müşayiət olunan uzunmüddətli dəniz istilik dalğasını göstərirlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər