Cəmiyyət

Bu rayonlara qar yağdı – Faktiki hava

15 Mar 2026, 12:30 2 baxış
Bu rayonlara qar yağdı – Faktiki hava

Martın 15-i saat 12:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq ərazilərə qar yağır.


Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, qarın hündürlüyü Kəlbəcərdə 8, Laçın və Qubadlıda 6, Şahdağda 5, Şuşada 3, Şəkidə (Kişçay) 1 sm-dir.


Düşən yağıntının miqdarı Mingəçevir, Sədərək və Şərurda 2, Yevlax, Ağdam, Naftalan, Bərdə, Tərtər, Culfa, Ordubad, Naxçıvan, Balakən, Zaqatala, Xankəndi, Xocalı və Füzulidə 1 mm-dir.


Daşkəsən, Gədəbəy, Göygöl, Zaqatala, Qax (Sarıbaş), Şəki (Kişçay), Quba və Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Mənbə axar.az

Oxşar Xəbərlər