Cəmiyyət

Bu gün 60 mindən çox şagird buraxılış imtahanı verəcək

15 Mar 2026, 09:12 2 baxış
Bu gün 60 mindən çox şagird buraxılış imtahanı verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək. Oxu.Az xəbər verir ki, Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Yasamal rayonları, Abşeron (II hissə), Sumqayıt (II hissə), Gəncə (II hissə), Mingəçevir, Samux, Göygöl, Daşkəsən, Gədəbəy, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Biləsuvar, Göyçay, Şamaxı, Qobustan, İsmayıllı, Ağsu, Masallı, Astara, Yardımlı, Lerik, Ağcabədi, Beyləqan, Ağdam (o cümlədən Xıdırlı, Kəngərli kənd tam orta məktəbləri), Xocalı (şəhər 1 nömrəli və Ballıca kənd orta məktəbləri), Xankəndi (şəhər 4 nömrəli məktəb), Şuşa (şəhər 1 nömrəli məktəb), Laçın (şəhər 2 nömrəli tam orta məktəb, Zabux və Sus kənd tam orta məktəbləri), Kəlbəcər (şəhər 1 nömrəli tam orta məktəb), Qax, Balakən, Zaqatala, Quba, Xızı, Qusarda tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək. Martın 15-də Bakı şəhəri üzrə xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), tədrisi gürcü dilində olan məktəblərdə və hərbi liseylərdə təhsil alanlar da imtahan verirlər. İmtahan saat 11:00-da başlanır.
Mənbə oxu.az

Oxşar Xəbərlər