Cəmiyyət

Hava kəskin dəyişir, bəzi ərazilərdə qar yağacaq - XƏBƏRDARLIQ

14 Mar 2026, 16:35 2 baxış
Hava kəskin dəyişir, bəzi ərazilərdə qar yağacaq - XƏBƏRDARLIQ
Martın 15-i Azərbaycanın qərb rayonlarından başlayaraq 18-dək hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
Mənbə oxu.az

Oxşar Xəbərlər