Cəmiyyət
Bakıda "Peugeot" markalı minik avtomobili yandı - VİDEO
Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində avtomobil yanıb. Oxu.Az-ın məlumatına görə, yanğın 99-GU-769 dövlət qeydiyyat nişanlı, "Peugeot" markalı minik avtomobilində olub. Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Məlumatda qeyd olunub ki, yanğınsöndürənlər tərəfindən "Peugeot" markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb: "Xəsarət alan olmayıb". Məhərrəm Əliyev
Məlumatda qeyd olunub ki, yanğınsöndürənlər tərəfindən "Peugeot" markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb: "Xəsarət alan olmayıb". Məhərrəm Əliyev
Mənbə
oxu.az