Cəmiyyət

İrandan daha 21 nəfər Azərbaycana təxliyə edilib

14 Mar 2026, 12:17 2 baxış
İrandan daha 21 nəfər Azərbaycana təxliyə edilib
İrandan martın 14-ü saat 00:00-dan 12:00-dək daha 21 nəfərin Azərbaycana təxliyəsi baş tutub. Oxu.Az "Report"a istinadla xəbər verir ki, təxliyə "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib. Belə ki, Hindistanın 13, Rusiyanın 5 və Tacikistanın 3 vətəndaşının təxliyəsi baş tutub.
{{gallery}} Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb. Bu səbəbdən bir çox xarici ölkə vətəndaşlarının İrandan təxliyəsi Azərbaycan ərazisi vasitəsilə həyata keçirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər