Cəmiyyət

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

14 Mar 2026, 01:24 2 baxış
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq
Martın 14-də Biləsuvar rayonunun bir hissəsində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. Oxu.Az xəbər verir ki, məhdudiyyət elektrik xətləri boyunca ağacların budanması və profilaktik işlərlə əlaqədardır. Bildirilir ki, 10 kV-luq "Biləsuvar" yarımstansiyasından qidalanan 11 saylı hava xətti üzərində aparılan təmir-bərpa işləri səbəbindən həmin ərazidəki abonentlərin enerji təchizatı saat 10:00-dan 13:00-dək dayandırılacaq. Təmir işləri yekunlaşdıqdan sonra elektrik enerjisinin verilişi tam bərpa olunacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər