Cəmiyyət
Tərtərdə 400-dən çox abonentin qaz təchizatı dayandırılacaq
Martın 16-ı saat 10:00-da Tərtərdə 415 abonentin qazı kəsiləcək. Oxu.Az xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, qaz təchizatının dayandırılmasına səbəb "Tərtər 2" ölçü qovşağından qidalanan - Nizami küçəsində yerləşən qeyri-yaşayış sahəsinin qarşısından keçən qaz xəttinin şəbəkəyə qoşulmasıdır. Bildirilib ki, təbii yanacağın verilişi qoşulma işləri başa çatdıqdan sonra bərpa ediləcək.
Mənbə
oxu.az