Dünya

Avstraliyada təqaüdçü əmlakını mövcud olmayan adama miras qoydu

17 Oct 2026, 05:44 2 baxış
Avstraliyada təqaüdçü əmlakını mövcud olmayan adama miras qoydu
Avstraliyada yaşayan bir təqaüdçü öz evini reallıqda heç vaxt mövcud olmayan bir qadına vəsiyyət edib. Oxu.Az xəbər verir ki, bu barədə "YourLifeChoices" nəşri məlumat yayıb. Perrin soyadlı şəxs 2024-cü ilin may ayında vəsiyyətnamə hazırlayaraq, daşınmaz əmlakını illər əvvəl internetdə tanış olduğu və hər gün ünsiyyət qurduğu Stella adlı qadına miras qoyub. Kişinin vəfatından sonra onun qızı həmin qadınla əlaqə saxlayaraq varis olduğunu bildirib. Lakin qarşı tərəf öz şəxsiyyətini təsdiqləməkdən imtina edib, pul tələb edib və daha sonra yazışmanı silib. Bundan sonra Perrinin qızı məhkəməyə müraciət edib. İşin materiallarını araşdıran hakim belə qənaətə gəlib ki, Stella gerçək bir qadın deyil, arxasında dələduzluq şəbəkəsinin dayandığı saxta bir obrazdır. Vəsiyyətnamənin özü qanuni hesab edilsə də, məhkəmə miras hüququnu yeganə varis kimi mərhumun qızına verib. O, həmçinin atasının əmlakının sərəncamçısı təyin edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər