Cəmiyyət

Deputatdan piyada zolaqları ilə bağlı ağlasığmaz təklif

13 Mar 2026, 17:23 2 baxış
Deputatdan piyada zolaqları ilə bağlı ağlasığmaz təklif

Bu gün Bakıda tıxaclarıın olduğu bir vaxtda insanların yolu tək-tək keçməsi yolverilməzdir.


Axar.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev parlamentin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabat üzrə müzakirəsi zaman deyib.


O qeyd edib ki, hər bir insanın yolu keçməsinə görə avtomobillər dayanması doğru deyil:


“8-10 nəfər yığışdıqdan sonra insanların yolu keçməsi daha doğru olar. Hesab edirəm ki, müvafiq qurumlar bu istiqamətdə tədbirlər görməlidir”.

Mənbə axar.az

Oxşar Xəbərlər